Azərbaycan səması üzərindən keçən tranzit hava axınlarına nəzarət varmı?

İnfrastruktur
  • 15 aprel, 2020
  • 13:51
Azərbaycan səması üzərindən keçən tranzit hava axınlarına nəzarət varmı?

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibində "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsi ölkədə hava nəqliyyatının dayandırılmasına baxmayaraq, Azərbaycan səması üzərindən keçən tranzit hava axınlarına nəzarət etməyə davam edir.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, AZANS-ın dispetçerləri gün ərzində əksəriyyətini yük aviadaşımaları təşkil edən çoxsaylı təyyarələri müşayiət etməkdədirlər. Bununla da Azərbaycan səması üzərindən həyata keçirilən uçuşlar etibarlı şəkildə idarə olunur və onların təhlükəsizliyi təmin edilir.