Azərbaycan Rusiya ilə milli məkan infrastrukturu qurmağı müzakirə edib
- 16 aprel, 2025
- 17:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rusiya arasında milli məkan infrastrukturunun qurulması ilə bağlı müzakirələr aparılıb.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
“Ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.
Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Ölkələrimizin #iqtisadi sahədə əməkdaşlığı, #İqtisadiyyatNazirliyi (@MinEconomyAZ) ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və… pic.twitter.com/58uzQ9KhJD
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 16, 2025
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb.