Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib

İnfrastruktur
  • 12 mart, 2026
  • 10:33
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.

"Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığa qayıdaraq, bir daha onu təbrik etmək və COP29-un uğurla keçirilməsinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Mərkəz ondan çox panel müzakirələr təşkil edib və konfransın işində fəal iştirak edib.

Bu il biz daha bir mühüm beynəlxalq tədbirə - WUF13-ə ev sahibliyi edəcəyik. Mən mərkəzin İdarə Heyətinin üzvlərini və bütün komandasını bu forumda fəal iştirak etməyə dəvət edirəm. Müzakirələrimizi davam etdirmək və dünyada sülh, sabitlik və təhlükəsizlik işinə töhfə vermək üçün sizi Bakıda görməyə ümid edirəm", - Prezident bildirib.

44 - Tezliklə