Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 53 % artırıb

İnfrastruktur
  • 15 aprel, 2023
  • 06:35
Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 53 % artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 609 milyon 091,14 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 212 milyon 408,91 min ABŞ dolları və ya 53,5 % çoxdur.

Ötən rüb ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,11 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə