Azərbaycan "Boeing" korporasiyasından yük təyyarələri alır

İnfrastruktur
  • 09 yanvar, 2015
  • 08:32
Azərbaycan Boeing korporasiyasından yük təyyarələri alır

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın "Boeing" korporasiyası və Azərbaycanın "Silk Way West" aviaşirkəti üç "Boeing 747-8 Freighter" yük təyyarəsinın alınmasına dair müqavilənin razılaşdırılması başa çatmaq üzrədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şərtlər razılaşdırıldığı təqdirdə müqavilənin qiyməti 1,1 mlrd ABŞ dolları təşkil edəcək. 

Qeyd edək ki, hazırda "Silk Way Group" şirkəti 7 "Boeing" yük təyyarəsindən istifadə edir, onlardan 2 ədəd - "Boeing 767-300" təyyarəsi, 3 ədəd - "Boeing 747-400" və 2 ədəd "Boeing 747-8" təyyarəsidir.