Aysel Yaqubova: Binanın tikintisi zamanı ilkin mərhələdə atılan addımlar dekarbonizasiyaya töhfə verir

İnfrastruktur
  • 20 may, 2026
  • 13:06
Aysel Yaqubova: Binanın tikintisi zamanı ilkin mərhələdə atılan addımlar dekarbonizasiyaya töhfə verir

Binanın tikintisi zamanı ilkin mərhələdə atılan addımlar onun dekarbonizasiyasına töhfə verir.

"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda fəaliyyət göstərən Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova WUF13 çərçivəsində keçirilən Şəhər-sənaye-iqlim qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbirdə deyib.

O bildirib ki, ikinci tədbir binaların xarici örtüyünün təkmilləşdirilməsidir. Bu, daha çox binanın modernləşdirilməsi, enerji səmərəliliyinin artırılması üçün yenidənqurulma tədbirləri kimi qəbul edilir:

"Bunlar pəncərələrin izolyasiyası, dam örtüyü sistemləri, istilik itkisinin azaldılmasıdır. Eyni zamanda, bunlar yüksək təsirə malik tədbirlərdir və xüsusilə, bizim region - İqtisadi Əməkdaşlıq Təşkilatı regionu üçün vacib və aktualdır. Çünki burada mövcud mənzil fondu yeni tikilmiş binalarla yanaşı, daha çox köhnə, yəni sovet üslublu binalardan ibarətdir".

​A.Yaqubovanın sözlərinə görə, 3-cü tədbir binaların damüstü günəş panelləri, mərkəzləşdirilməmiş enerji sistemləri, regional istilik və soyutma sistemləri, ağıllı idarəetmə elementləri ilə təmin olunmasıdır.

44 filmi