Anna Falu WUF13-ün keçirilməsinə görə Azərbaycana dərin təşəkkür edib

İnfrastruktur
  • 22 may, 2026
  • 16:19
Anna Falu WUF13-ün keçirilməsinə görə Azərbaycana dərin təşəkkür edib

"Latın Amerikası Qadınlar və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Anna Falu Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsinə görə Azərbaycana dərin minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, o bunu forumun bağlanış mərasimində vurğulayıb.

"Bu, dostlarla dolu bir məkandır. Biz burada olmaq üçün uzun illər boyu birlikdə çalışmışıq. Mən Bakıya və Azərbaycana çox minnətdaram", - o bildirib.

A.Falu həmçinin dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq həmrəyliyin və birgə işin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, WUF13 platforması şəhərlərin daha ədalətli və inklüziv gələcəyini müzakirə etmək üçün müxtəlif ölkələrin və icmaların nümayəndələrini bir araya gətirib.

"Qadınlar assambleyası, tematik dəyirmi masalar və çoxsaylı ixtisaslaşmış tədbirlər çoxsəslilik məkanına çevrildi. Təcrübə, təhlil və açıq mülahizələr prizmasından biz bütün dünyada qadınların hər gün üzləşdiyi o ən mürəkkəb çağırışları bəyan etməyə nail olduq", - o bildirib.

44 - Tezliklə