Anaklaudia Rossbax: Binalar tikilərkən təbiətə risk yaradan ehtimallar nəzərə alınmalıdır
- 19 may, 2026
- 16:33
Binalar tikilərkən təbiətə risk yaradan ehtimallar nəzərə alınmalıdır.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.
Onun sözlərinə görə, binalar tikilərkən təbiəti qorumaqla yanaşı, təbiətdən gələcək fəlakətlərdən də qorunmağa imkan verən dayanıqlı binalar inşa olunmalıdır:
"Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin yarısı şəhərlərdə yaşayacaq. Bu səbəbdən, təbii fəlakətlərə, çovğuna, yağışa dayanıqlı binalar inşa olunmalıdır. Son illərdə regionda artan yağıntıların çoxsaylı fəsadlar törətdiyi müşahidə edilir".