Amin Tərfe: "Tehran və Təbrizdən Bakıya birbaşa aviareyslər yaxın zamanda bərpa olunacaq"
- 06 may, 2025
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaxın zamanda Tehran və Təbrizdən Bakıya birbaşa aviareyslərin açılması gözlənilir.
“Report” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib.
Amin Tərfe bildirib ki, Tehran, Təbriz və Bakı arasında birbaşa aviareyslərin təşkili planı tamamlanıb: "Bu məsələ İranın yol və şəhər inkişafı naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri ilə Azərbaycanın nəqliyyat naziri arasında İran prezidentinin Bakıya səfəri çərçivəsində keçirilən görüşdə qaldırılıb və razılaşdırılıb".
Onun sözlərinə görə, plana əsasən, Tehran-Bakı reysləri həftədə dörd gün, Təbriz-Bakı reysləri isə həftədə iki gün həyata keçiriləcək: "Hazırda İran Mülki Aviasiya Təşkilatı bu reyslərin ən qısa müddətdə işə başlaması üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar və ekspert araşdırmaları aparır.