ADY: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanını bir neçə dəfə artıracaq

İnfrastruktur
  • 03 iyun, 2026
  • 11:36
ADY: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanını bir neçə dəfə artıracaq

Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi ölkənin tranzit və yükdaşıma imkanlarını ciddi şəkildə genişləndirəcək strateji əhəmiyyətli bağlantıdır: "Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycan ərazisindən keçən yüklərin həcminin dəfələrlə artmasına və Orta Dəhlizin ötürmə gücünün daha da böyüməsinə şərait yaradacaq".

E. Məmmədov eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücünə çatdırılmasının vacibliyini vurğulayıb: "Son dövrdə həyata keçirilən inşaat və bərpa işlərinin nəticəsində bu xəttin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib. Bu göstərici Azərbaycanın Orta Dəhlizin inkişafındakı mövqeyini daha da möhkəmləndirir".

44 - Tezliklə