ADY: Yükdaşımaların həcmi 11 % artıb
İnfrastruktur
- 05 iyun, 2024
- 12:22
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox olub.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində bildirib.
"O cümlədən, dəmir yolu ilə daxili yükdaşımalarda 6 % artım olub. Bu, görülən mühüm işlərin nəticəsidir. Həmin işlərə misal olaraq genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini göstərmək olar. Mayın 20-də bu yolla yüklərin daşınmasına start verilib və ilk yük qatarı yola salınıb", - deyə o qeyd edib.
Son xəbərlər
18:14
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub - YENİLƏNİB
Fərdi18:10
İran Qətərdə qırıcıların qəzaya uğramasından sonra üç pilotun ələ keçirildiyini açıqlayıb
Region18:01
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb
Komanda17:49
İspaniya və Mərakeş gözlənilən yeni miqrant axını fonunda sərhəd mühafizəsini gücləndirib
Digər ölkələr17:19
İsrail ordusu "Hizbullah"ın obyektlərini vurub, 11 nəfər ölüb
Digər ölkələr16:52
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
ASK16:45
Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
Digər ölkələr16:19
Video
Sumatranın şimalında 6,8 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-5
Digər ölkələr16:10