ADY Türkmənistanla Türkmənbaşı Limanının modernizasiyası və yükdaşımaların artırılmasını müzakirə edib

İnfrastruktur
  • 01 aprel, 2026
  • 18:30
ADY Türkmənistanla Türkmənbaşı Limanının modernizasiyası və yükdaşımaların artırılmasını müzakirə edib

Azərbaycan və Türkmənistan arasında Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi yolu ilə infrastrukturun modernləşdirilməsi və liman vasitəsilə yükdaşıma həcmlərinin artırılması məsələləri müzakirə olunub.

"Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, danışıqlar ADY-nin sədri Rövşən Rüstəmov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında keçirilən görüş zamanı aparılıb.

Məlumata görə, Türkmənistan nümayəndə heyətinə Bakı Limanı barəsində ətraflı məlumat təqdim edilib. Bura limanın ADY-yə inteqrasiyasından sonra həyata keçirilmiş layihələr, həmçinin Orta Dəhliz üzrə multimodal daşımalarda limanın oynadığı strateji rol haqqında məlumatlar daxildir.

Vurğulanıb ki, keçən il limanda tarixi rekord qeydə alınaraq 100 min TEU konteyner həcmini aşan yük emalı təmin edilib. Bu nailiyyət Azərbaycanın nəqliyyat infrastrukturuna yönəltdiyi böyük həcmli investisiyaların bilavasitə nəticəsi kimi dəyərləndirilir.

Tərəflər hər iki ölkənin dəmir yolu idarələri və beynəlxalq dəniz limanları arasında koordinasiyalı işin təmin edilməsi məqsədilə rəqəmsal məlumat mübadiləsinin zəruriliyini xüsusi olaraq qeyd ediblər.

Bundan əlavə, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı kontekstində multimodal daşımalar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də Şərq-Qərb-Şərq istiqamətində yük axınının intensivləşdirilməsi üçün atılacaq addımlar diqqətə çatdırılıb.

44 filmi