ADY-də "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş iməcilik keçirilib
- 13 may, 2026
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Azərbaycan Dəmir Yolları" (ADY) QSC Biləcəri sahəsində növbəti iməcilik təşkil edib.
"Report" ADY-yə istinadən xəbər verir ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öncəsi keçirilən bu aksiya "Şəhərsalma və Memarlıq İli"nə həsr edilib.
Bildirilib ki, "Gələcək təmiz gələcək" şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.