ADSEA Qaxda sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlərə başlayıb

İnfrastruktur
  • 02 oktyabr, 2025
  • 20:10
ADSEA Qaxda sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlərə başlayıb

Qaxda rayon ərazisindən axan dağ çaylarında payız yağışları ilə əlaqədar olaraq suların yarada biləcəyi sel və daşqın hallarının qarşısının alınması məqsədilə mühafizə tədbirləri görülür.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azəraycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən hazırda rayon ərazisindən keçən Zərnə, Ləkit, Qum və Kürmük çaylarında qabaqlayıcı tədbirlərə başlanılıb. Kürmük çayı rayonun ən bolsulu və dağıdıcı çayı olduğundan çayın sağ və sol sahilində qabion dambaların qurulması, daş beton bəndlərin təmir tikinti işləri mütəmadi olaraq davam etdilir. İndiyədək bütün çaylarda sahil bərkitmə və məcra təmizlənmə işlərinin 80 %-i tamamlanıb.

Bundan başqa, sel təhlükəli ərazilərdə daş beton bəndlərin təmir tikintisi və qabion bəndlərin qurulması işləri eynilə davam etdiriləcək. Bu istiqamətdə 9 ay ərzində 340 min kubmetrdən artıq məcra təmizləmə işləri həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti