ADSEA: “Bağırov” körpüsünün altındakı tuneldə yığılan su tamamilə aradan qaldırılıb
İnfrastruktur
- 16 aprel, 2025
- 14:46
Dünəndən yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində, o cümlədən “Bağırov” körpüsünün altında su yığılması müşahidə olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, ərazidə suyun çəkilməsi ilə bağlı ADSEA, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar birgə tədbirlər həyata keçirib.
İşlər intensiv şəkildə və sürətlə aparılıb. Hazırda “Bağırov” körpüsünün altındakı tuneldə su yığıntısı tamamilə aradan qaldırılıb və ərazidə nəqliyyatın hərəkətinə icazə verilir.
Son xəbərlər
13:18
Foto
Video
İki gün, iki şəhər: Daşkənd və Buxara təəssüratları - REPORTAJ
Turizm13:18
Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır
Region13:17
Ukrayna və Rusiya nümayəndə heyətlərinin yeni görüşü sentyabrda baş tuta bilər
Digər ölkələr13:10
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb
Biznes13:10
"Leççe" Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb
Futbol13:08
Foto
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici siyasət12:56
"Çelsi" Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb
Futbol12:53
Xəstəxanada olan Norveç kralının vəziyyəti pisləşib
Digər ölkələr12:50