ADB regionda yaşayış yerinin inşası üçün özəl sektora ilk kreditini ayırıb

İnfrastruktur
  • 19 oktyabr, 2021
  • 08:11
ADB regionda yaşayış yerinin inşası üçün özəl sektora ilk kreditini ayırıb

Asiya İnkişaf Bankı (ADB) Gürcüstan paytaxtında əlverişli və dayanıqlı mənzil tikintisi üçün 10 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bank “Optima” MMC ilə saziş imzalayıb.

ADB-nin məlumatına əsasən, kredit Tbilisidə aşağı və orta gəlirli insanlar üçün nəzərdə tutulan 3 700 mənzildən ibarət əlverişli və enerjiyə qənaət edən iki yaşayış kompleksinin inşasına yönəldiləcək.

Bu, bankın Cənubi Qafqazda və Mərkəzi Asiyada yaşayış evlərinin tikintisi üçün özəl sektora verdiyi ilk kreditdir.

44 - Tezliklə