"2020 Urban 20"nin sədri: "Növbəti 25 ildə şəhərlərə 290 min ixtisaslı idarəçi lazım olacaq"
- 21 may, 2026
- 11:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Növbəti 25 ildə şəhərlərə 290 min ixtisaslı şəhər idarəçisi lazım olacaq.
"Report" xəbər verir ki, bunu "2020 Urban 20"nin sədri Fahd Al-Rasheed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər İdarəçiliyi üzrə Magistr (MCA) Proqramının Qlobal Təqdimatı" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, şəhərlər iqlim çağırışları ilə bərabər həm də sosial bərabərlik məsələlərini və qarşılaşmaq üzrə olduğumuz texnoloji dəyişiklikləri həll etməli olacaqlar: "Şəhərlər qlobal ÜDM-in 85 %-ni formalaşdığı üçün əhəmiyyətlidir: "Onlar həmçinin fərdi və kollektiv sərvətimizi saxlayır. Lakin onlar qlobal emissiyaların 70 %-ni istehsal edir, bu da o deməkdir ki, onlar iqlim fəaliyyətinin ön cəbhəsindədir. Burada ortaya çıxan sual ondan ibarətdir ki, yuxarıda qeyd edilən mürəkkəb çağırışları idarə edə bilən liderlər olmasa, şəhərlərimiz bunu necə edəcək?".
O bildirib ki, şəhərlər bu gün əslində sistemlər sistemidir: "Bildiyimiz kimi, şəhərlər mürəkkəb sistemlərdir. Burada nəyisə həll etməyə çalışırsınız, orada bir problem ortaya çıxır və heç kim səbəbini bilmir. Ona görə də liderlərimizi hazırlamalıyıq. Biznes dünyasının Biznes İdarəetməsi üzrə Magistr dərəcəsi var, lakin şəhərlərin öz magistr proqramları yoxdur və bu dəyişməlidir. Növbəti 25 ildə 2 milyard insandan çox şəhərlərimizə köçəcək. Biz hesablayırıq ki, təkcə növbəti 25 ildə bu proqramın 290 min məzununa ehtiyacımız var. Bu ildə 12 min nəfər deməkdir. Bu böyük rəqəm kimi səslənir, amma təsəvvür edin ki, biz hər il 250 min məzun yetişdiririk".