162 və 184 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
- 17 fevral, 2025
- 14:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının Ramana qəsəbəsinin Yeni yaşayış massivini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 162 nömrəli və Yeni Suraxanı qəsəbəsini "Ulduz" metrostansiyası ilə əlaqələndirən 184 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə,162 nömrəli şəhərətrafı marşrut üzrə hüquqi şəxs "Grand Bus" MMC və 184 nömrəli şəhərətrafı marşrut üzrə "General Auto Company" firması komissiya üzvləri tərəfindən qalib elan olunub.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir.