Xalq artisti Canəli Əkbərov dəfn olunub
İncəsənət
- 23 oktyabr, 2021
- 10:09
Ötən gün dünyasını dəyişən Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub.
"Report" xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, C.Əkbərov şəkərli diabetdən əziyyət çəkirdi və iki gün əvvəl insult keçirərək komaya düşmüşdü.
Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub. Xanəndə 1989-cu ildə Azərbaycan milli mədəniyyətinin inkişafındakı uğurlarına görə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.
Son xəbərlər
08:13
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:55
İran ordusu ABŞ-nin Bəhreyndəki donanmasını hədəf alıb
Region07:30
CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB
Digər ölkələr06:53
SEPAH: ABŞ-nin Küveytdəki logistika mərkəzi məhv edilib
Region06:34
AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib
Hadisə06:25
Heqset İraqın Baş naziri ilə görüş keçirib
Digər ölkələr05:58
İranın mineral su istehsalı müəssisəsi bombalanıb
Region05:34
Konqoda Ebolaya yoluxma hallarının sayı iki mini ötüb
Digər ölkələr05:00