Rejissor: "Mən, Lalə, bir də Şerlok Holms"a çəkmək istədiyimiz uşağa valideyni "cek-pot" kimi baxırdı

İncəsənət
  • 13 noyabr, 2025
  • 16:39
Rejissor: Mən, Lalə, bir də Şerlok Holmsa çəkmək istədiyimiz uşağa valideyni cek-pot kimi baxırdı

"Mən, Lalə, bir də Şerlok Holms" serialının rejissoru Rüfət Şahbazov seriala uyğun gələn uşaq üçün valideyninin fantastik qonorar istədiyini, uşağına cek-pot kimi baxdığını deyib.

"Report"a müsahibəsində rejissor danışıb ki, bəzən obraz üçün uyğun gələn uşağın valideyni icazə vermirmiş.

"Çəkiliş prosesində aktyor Rasim Cəfərə demişdim ki, uşaqlarla işləməyə mənə kömək etsin, çünki başqa cür öhdəsindən gələ bilməzdik. İki aydan çox uşaq obrazları axtardıq. Axırı getdik incəsənət məktəbinə, haradasa, 100-150 uşaq arasından baş qəhrəmanlardan biri olan Laləni tapdıq. Çox fəal idi, özündən əlavələr edirdi, jestikulyasiya-filan, dedik, vəssalam, bu odur".

Rüfət Şahbazov digər uşaq baş qəhrəmanın tapılmasını da xatırlayıb.

"Çəkilişlərə bir həftə qalmış isə digər baş qəhrəman olan Murad obrazını tapdıq. O uşaq AzTV-də epizodik rolda çəkilmişdi. Adı Məhəmməddir. AzTv-də ona Rəşid obrazını oynatmışdılar, o obraz onun beynində necə qalıbsa, bu rolu da elə oynayırdı. Ona görə də biz onu Rəşidlikdən çıxarmaq üçün bir xeyli əziyyət çəkdik".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti