Rauf Hacıyevin əsəri Ankarada tamaşaya qoyulub
İncəsənət
- 02 fevral, 2016
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış bəstəkarı Rauf Hacıyevin "Ana mən evlənirəm" operettası Ankara Dövlət Opera və Balet teatrında nümayiş etdirilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, əsərin liberettosunu V.Yesman yazıb, rejissorları Rauf Hacıyevin oğlu Fuad Raufoğlu və gəlini Zəminə Hacıyevadır.
Əsərin premyerası yanvarın 31-də Ankaradakı "Leyla" Gənclər Teatrının səhnəsində olub. Səhnə əsərində Türkiyə sənətçiləri çıxış ediblər. Tamaşa fevralın 2 və 23-də, martın 8 və 28-də yenidən nümayiş etdiriləcək.
Qeyd edək ki, mərhum bəstəkar Rauf Hacıyev "Ana, mən evlənirəm"i 1967-ci ildə yazıb. Operetta ilk dəfə 1978-ci ildə Bakıda səhnəyə qoyulub.
Son xəbərlər
16:00
DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq
Elm və təhsil15:57
Daniel Karvahal "Xetafe"yə keçməyə yaxındır
Futbol15:55
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir
Xarici siyasət15:55
Foto
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb
Energetika15:54
"Azercell"in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
İKT15:52
İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur
Xarici siyasət15:49
Nazir: "Azərbaycan və Böyük Britaniya gələcək əməkdaşlıq məqsədi ilə işçi qruplar yarada bilər"
Energetika15:46
Azərbaycan Avropa və Çin operatorlarını Bakı limanının inkişafına cəlb etmək niyyətindədir
İnfrastruktur15:46