Pantamima Teatrında "d'DORİAN" tamaşasının premyera qabağı yoxlama baxışı olub
- 30 iyun, 2018
- 20:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyul. REPORT.AZ/ Dövlət Pantamima Teatrında yeni "d'DORİAN" tamaşasının premyeradan öncə yoxlama baxışı olub.
"Report" xəbər verir ki, tamaşada iki əsas obrazın, yəni bir-birini sevən cütlüyün tənha qaldıqları və bu müddət ərzində qadının cəsarətlə öz sevgilisini axtarmasından bəhs edilir.
Gitara ifaçısı olan oğlan sevdiyi qızdan ayrılsa da, onu heç cür unuda bilmir. Özünü tanınmaz hala salan musiqiçi parkda ifaçılıq edərək keçmişini unutmağa çalışır.
Tamaşaya rejissorluğu Əməkdar artist Nargilə Qəribova edib. O, həmçinin baş rolun da ifaçısıdır. N.Qəribovanın tərəf müqabili isə Vüsal Rzasoydur.
Tamaşanın plastik həlli, rəssamlığı da məhz N.Qəribovaya aiddir.
Səhnə əsəri zamanı səsləndirilən şeirlər Əməkdar incəsənət xadimi Rəhman Əlizadəyə məxsusdur.
Teatrın baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir.