Oktyabrın 25-də Bakıda Beynəlxalq Caz Festivalı başlayır

İncəsənət
  • 29 sentyabr, 2015
  • 06:54
Oktyabrın 25-də Bakıda Beynəlxalq Caz Festivalı başlayır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabrın 25-dən noyabrın 3-dək Bakıda Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında FOURPLAY kvartetinin konserti olacaq. 25 il səhnədə olan caz qrupu hit musiqilərini Bakı tamaşaçıları üçün səsləndirəcək.

Oktyabrın 30-da isə Heydər Əliyev Sarayında Çarlz Lloyd kvartetinin konserti olacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı 2002-ci ildən etibarən hər il oktyabr ayında Bakıda təşkil edilir.

Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.