Moskvada “Teatrın təməlində musiqi” festivalı keçirilib

İncəsənət
  • 02 fevral, 2016
  • 16:31
Moskvada “Teatrın təməlində musiqi” festivalı keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Moskva şəhərindəki Vsevolod Meyerxold adına Mərkəzdə “Teatrın təməlində musiqi” festivalı keçirilib.

"Report" xəbər verir ki, festival çərçivəsində “Məhəbbət hekayəsi” adlı konsert-tamaşa nümayiş olunub.

Konsert-tamaşada səhnəyə Rusiyanın görkəmli musiqiçiləri ilə yanaşı, tanınmış Azərbaycan sənətçiləri də çıxıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın əməkdar artistləri - vokalçı Fəridə Məmmədova və pianoçu Gülşən Ənnağıyeva konsert-tamaşada çıxış edib.