Moskvada Rəşid Behbudovun yubileyi qeyd olunacaq

İncəsənət
  • 26 noyabr, 2015
  • 06:34
Moskvada Rəşid Behbudovun yubileyi qeyd olunacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ Görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi Moskvada qeyd ediləcək.

Bu barədə "Report"a Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev məlumat verib.

O qeyd edib ki, dekabrın 14-də Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyidir və bu münasibətlə dekabrın 10-da Moskvada təntənəli yubiley tədbiri keçiriləcək.

Yubiley mərasimi Rusiya Kino Xadimləri və Rusiya Mərkəzi Kino Evinin təşəbbüsü ilə baş tutacaq.