“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

İncəsənət
  • 04 dekabr, 2015
  • 12:48
“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

Bakı. 4 dekabr. REPORT.AZ/ “Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, flaşmob dekabrın 4-də “Metro Park” alış-veriş və ticarət mərkəzində olacaq. Tədbirin təşkilatçısı nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir.  

Aksiya zamanı müxtəlif rəqs kollektivləri “Yallı” və “Köçəri” rəqslərini ifa edəcək.

Tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumat əks olunan broşürlər paylanacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.