Luvr muzeyi piramidasının memarı 102 yaşında vəfat edib

İncəsənət
  • 17 may, 2019
  • 03:06
Luvr muzeyi piramidasının memarı 102 yaşında vəfat edib

Çin əsilli Amerika memarı Bey Yuymin 102 yaşında dünyasını dəyişib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğluna istinadən "The New York Times" yazıb.

Məlumata görə, Bey aprelin 26-da 102 yaşını qeyd edib.

Memar ilk növbədə Parisdəki Luvr muzeyinin piramidası sayəsində şöhrət tapıb. Şüşə və metaldan ibarət 20 metrlik tikili onun layihəsi əsasında və 1985-1989-cu illərdə prezident olmuş Fransua Mitteranın təşəbbüsü ilə hazırlanıb. Bununla yanaşı, Bey Yuymin Klivlenddəki rok-n-rol şöhrət Zalı binası, Nyu-Yorkda "JPMorgan Chase" bankının qülləsi və bir çox başqa tikililərin müəllifidir.

44 - Tezliklə