İlin sonuna qədər dövlət dəstəyi ilə istehsal edilən daha dörd tammetrajlı film təhvil veriləcək

İncəsənət
  • 10 oktyabr, 2025
  • 11:54
İlin sonuna qədər dövlət dəstəyi ilə istehsal edilən daha dörd tammetrajlı film təhvil veriləcək
Rəşad Əzizov

İlin sonuna qədər dövlət dəstəyi ilə istehsal edilən, ən azı, dörd tammetrajlı film təhvil veriləcək.

Bunu "Report"a müsahibəsində Kino Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu il artıq dövlət dəstəyi ilə istehsal edilən dörd tammetrajlı film ictimayətə təqdim edilib.

"Kinoda canlanmanın ən bariz göstəricisi məhz istehsalatdır. 2023-2025-ci illər ərzində kino istehsalatına ümumilikdə dövlət büdcəsindən 18 millyon manata yaxın vəsait ayrılıb", – o əlavə edib.

Rəşad Əzizov kino sahəsində uzun müddət fikir pərəkəndəliyi müşahidə olunduğuna diqqət çəkib:

"Burada sənət yoxsa sənaye, milli dəyərlər, yoxsa qərbin müasir trendləri, tarixi adətlər, yoxsa innovativ texnoloji yanaşmalar kimi müxtəlif fikirlər vardı. Hətta institutlaşmada da fərqli təsisatların mövcudluğu bir qədər insanları çaşdırır", - baş direktor vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti