Həştərxanda "Qızıl çölün səsləri” festival-müsabiqəsi keçiriləcək

İncəsənət
  • 24 avqust, 2015
  • 07:10
Həştərxanda Qızıl çölün səsləri” festival-müsabiqəsi keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Rusiyanın Həştərxan şəhərində "Qızıl çölün səsləri" V beynəlxalq etnomusiqi festival-müsabiqəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Sentyabrın 14-dən 20-dək davam edəcək festival-müsabiqə "Ənənəvi xalq instrumental ifaçılığı", "Solo xalq ifaçılığı", "Ənənəvi xalq xoreoqrafiyası", "Ənənə xalq ansambl ifaçılığı" nominasiyaları üzrə keçiriləcək. Tədbirdə, həmçinin sərgilər, ustad dərsləri və yaradıcılıq görüşləri təşkil olunacaq.

Qeyd edək ki, mərasimə Azərbaycan, Qazaxıstan və Rusiyanın regionlarından 200-dək iştirakçının qatılacağı gözlənilir.

44 filmi