Güllü Muradova konsert verib
İncəsənət
- 22 dekabr, 2014
- 07:50
Bakı. 22 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində "Axşamüstü Qarabağdan" layihəsi çərçivəsində xanəndə Güllü Muradovanın solo-konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, muğam konsertində gənc xanəndənin müəllimi Sabir Abdullayev, xalq artisti Alim Qasımov, Arif Babayev, Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, şair Baba Vəziroğlu və Güllü Muradovanın həmkarları, gənc xanəndələr iştirak edib.
Konsertdə xanəndə 4 muğam, xalq mahnıları və təsnifləri, həmçinin bəstəkar mahnıları ifa edib.
Muğam konsertində Güllü Muradova İ.Nəsiminin "Həqq mənəm, həqq məndədir" qəzəlinə muğam da ifa edib. Konsertin aparıcısı əməkdar artist Azad Şükürov olub.
Son xəbərlər
08:35
ABŞ ilə Fransa arasında diplomatik qalmaqal böyüyür
Digər ölkələr08:28
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanına xəbərdarlıq edib
Digər ölkələr08:15
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:11
İspaniya və Fransada genişmiqyaslı meşə yanğınları davam edir
Digər ölkələr08:00
ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək niyyətindədir
Digər ölkələr07:44
Bakının bir çox ərazisində işıq olmayacaq
Energetika07:12
Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
Digər ölkələr06:39
İsrail və Livan arasında danışıqların növbəti mərhələsi Romada baş tutacaq
Digər ölkələr06:14