"Göy-Göl" ansamblı bayram konserti verəcək

İncəsənət
  • 02 noyabr, 2015
  • 07:33
Göy-Göl ansamblı bayram konserti verəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Gəncənin "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı Beynəlxalq Muğam Mərkəzində bayram konserti verəcək.

"Report" xəbər verir ki, konsert noyabrın 9-da olacaq. Ansamblın maraqlı konsert proqramı təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblını 1969-cu ildə xalq artisti Fikrət Verdiyev yaradıb. Ansamblın ilk solisti mərhum müğənni Rövşən Behcət olub.

Ansamblı yaradan gündən Fikrət Verdiyev "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəridir.