Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimatı olub

İncəsənət
  • 21 oktyabr, 2025
  • 12:55
Dəmiryol Muzeyində Qara qızılın saldığı dəmir yollar adlı fotosərginin təqdimatı olub

Azərbaycan Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları, Milli Məclisin üzvləri və başqa qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanda dəmiryolu nəqliyyatının 145 illik tarixini, eləcə də Qarabağda inşası aparılan yeni xətlərin "Böyük Qayıdış"ın bir parçası olmasını özündə ehtiva edən videoçarx nümayiş olunub.

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxışında ADY ilə qarşılıqlı layihələrindən və bunun əhəmiyyətindən bəhs edib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə dəmiryolu nəqliyyat sisteminin Azərbaycanın iqtisadi gücünün artırılmasında müstəsna roluna diqqət çəkib.

Tədbirdə həmçinin "Balakhani Operating Company LTD"nin rəhbəri Rövşən Rzayev və ADY-nin Kommunikasiya departamentinin sədri Turxan Əhmədov da fikirlərini bölüşüb.

Çıxışların ardınca fotosərgi ilə tanışlıq olub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Dəmiryol Muzeyində nümayiş olunan fotosərgi on gündən sonra Sabunçu Dəmiryol Vağzalında da sərgilənəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti