Biləsuvarda “Ağ ölüm” tamaşası nümayiş olunub

İncəsənət
  • 29 iyun, 2016
  • 16:22
Biləsuvarda “Ağ ölüm” tamaşası nümayiş olunub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdə qastrol səfərinə start verib. 

“Report”un məlumatına görə, bu gün yaradıcı heyət V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası ilə Biləsuvar rayonunda çıxış edib.

Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa edirlər.

Xatırladaq ki, səfər Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümə iyulun 1-də Astara rayonunda yekun vuracaq.

44 - Tezliklə