D-8 ticarət sazişinin ratifikasiyası imzalandıqdan 20 il sonra başa çatıb

Digər ölkələr
  • 09 oktyabr, 2026
  • 19:04
D-8 ticarət sazişinin ratifikasiyası imzalandıqdan 20 il sonra başa çatıb

D-8 təşkilatına üzv olan səkkiz ölkənin hamısı 2006-cı ilin mayında Balidə imzalanmış Preferensial Ticarət Sazişinin (PTA) ratifikasiyasını başa çatdırıb.

"Report" D-8-in mətbuat xidmətinə istinadən xəbər verir ki, proses Misirin sazişi ratifikasiya etməsindən sonra başa çatıb.

Təşkilatdan bildirilib ki, bu addım 2030-cu ilədək üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin 500 milyard dollara çatdırılması hədəfinə nail olmaq üçün yeni təkan verməlidir.

Misir sənədi 2026-cı il iyunun 16-da ratifikasiya edib, oktyabrda isə ratifikasiya sənədini rəsmi olaraq D-8 Katibliyinə təqdim edib.

Beləliklə, müvafiq prosedurları sazişi ilkin imzalayan bütün səkkiz ölkə - Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə başa çatdırıb.

Saziş gömrük tariflərinin preferensial azaldılmasını, bazarlara çıxışın yaxşılaşdırılmasını və ticarət prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

44 - Tezliklə