Balet ustası Tamilla Şirəliyeva vəfat edib
İncəsənət
- 12 mart, 2025
- 11:46
Balet ustası Tamilla Şirəliyeva vəfat edib.
Bu barədə “Report”a Akademik Opera və Balet Teatrından məlumat verilib.
Məlumat üçün bildirək ki, o, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, T.Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır.
Son xəbərlər
12:06
Orta Dəhliz üzrə Gürcüstana 158,5 milyon avro kredit ayrılır
Region12:03
Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib
Sosial müdafiə12:00
Ukrayna rəqəmsal infrastrukturun bir hissəsini yer altına köçürmək istəyir
Digər ölkələr11:56
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
Fərdi11:37
Gürcüstanda qanunsuz yaşayan 50 əcnəbi saxlanılıb, azərbaycanlı da var
Region11:32
Foto
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Sağlamlıq11:30
Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
Digər ölkələr11:26
Hindistanda şiddətli yağışlar səbəbindən 60-dan çox insan ölüb
Digər ölkələr11:24