Bakıda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

İncəsənət
  • 05 oktyabr, 2015
  • 08:05
Bakıda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək festivalda şərq ölkələrindən gələn uşaqlar çıxış edəcək.

İran, Türkiyə, Özbəkistan və s. ölkələrin nümayəndələri muğam parçaları və öz ölkələrinə məxsus xalq mahnılarını təqdim edəcəklər.