Yeni nazir keçmiş nazirin adamlarını işdən çıxardı
İKT
- 02 fevral, 2021
- 11:53
Yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev Nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.
Bu barədə "Report"a qurumdakı mənbə bildirib.
Məlumata görə, vəzifəsini itirənlərdən biri keçmiş nazir Ramin Quluzadənin müşaviri, həm də Nazirliyə məxsus "AzInTelekom" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədovadır. O, bundan sonra yalnız adı çəkilən şirkətə rəhbərlik edəcək.
Bundan başqa, Nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova da vəzifələrindən azad edilib. R.Quluzadənin hər iki köməkçisini özü ilə yeni iş yerinə (Prezidentin İşlər İdarəsinə) apardığı deyilir.
Son xəbərlər
17:27
Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxal xərcini 6 %-ə yaxın artırıb
Biznes17:23
Foto
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
Fərdi17:20
Azərbaycanda ötən il təhsildə nəticəəsaslı büdcə göstəricisi 96 %-dən çox olub
Maliyyə17:17
Albert Riera "Srvena Zvezda"nın baş məşqçi olub
Futbol17:15
Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub
Ekologiya17:10
Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb
Digər ölkələr17:05
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Biznes17:04
Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub
Region17:00