Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb

Digər ölkələr
  • 14 avqust, 2026
  • 17:10
Ukrayna Leninqrad vilayətinə zərbə endirib, iki emal qurğusu sıradan çıxarılıb

Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki "NOVATEK-Ust-Luqa" kompleksinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb.

"Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub", – məlumatda bildirilib.

Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.

"NOVATEK-Ust-Luqa" sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsalat kompleksidir. Onun gücü ildə təxminən 8 milyon ton xammal təşkil edir.

44 - Tezliklə