"Yahoo" bir ayda Azərbaycandakı bazar payının 17 %-ni itirib

İKT
  • 03 noyabr, 2025
  • 13:48
Yahoo bir ayda Azərbaycandakı bazar payının 17 %-ni itirib

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 81,92 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 0,99 faiz bəndi, 1 il əvvəlin göstərici ilə müqayisədə 2,35 faiz bəndi azdır.

İkinci pillədəki "Yandex"in bazar payı ay ərzində 0,99 faiz bəndi, illik isə 1,76 faiz bəndi artaraq 15,63 % olub.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı aylıq müqayisədə 0,08 faiz bəndi, illik isə 0,49 faiz bəndi artaraq 1,49 %-də qərarlaşıb.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,02 faiz bəndi, illik müqayisədə isə 0,13 faiz bəndi artaraq 0,48 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,09 faiz bəndi, illik müqayisədə isə 0,03 faiz bəndi azalaraq 0,43 % olub. Beləliklə bu axtarış sistemin bazar payı son 1 ayda 17 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti