WP: Çatbotlar seçicilərə seçki kampaniyalarından daha effektiv təsir göstərir

İKT
  • 07 dekabr, 2025
  • 07:52
WP: Çatbotlar seçicilərə seçki kampaniyalarından daha effektiv təsir göstərir

Alimlər müəyyən ediblər ki, süni intellektlə işləyən çatbotlar seçicilərin siyasi üstünlüklərinə televiziya vasitəsilə aparılan seçki kampaniyalarından daha güclü təsir göstərə bilər.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti "Science" və "Nature" elmi jurnallarında dərc olunan araşdırmalara istinadla məlumat yayıb.

"İnsanların siyasi namizədlər barədə fikrini dəyişmək çox çətindir. Buna görə biz çatbotların, həqiqətən, bu qədər ciddi təsir göstərə bildiyini aşkar etdikdə təəccübləndik", – hər iki araşdırmanın həmmüəllifi Devid Rend bildirib.

Alimlər dörd ölkədə 80 mindən çox insanın iştirakı ilə eksperiment keçiriblər. İştirakçılara ABŞ Prezidenti Donald Trampı və ya demokratlardan keçmiş vitse-prezident Kamala Harrisi dəstəkləyən çatbotlarla siyasi müzakirələr aparmaq təklif olunub.

Araşdırma göstərib ki, çat-botlar hər 25 haldan birində insanların siyasi mövqeyini dəyişməyə nail olublar. Mütəxəssislər süni intellektin seçki proseslərinə təsir miqyasını qiymətləndirməyin çətin olduğunu qeyd etsələr də, eksperiment çatbotların ABŞ-də seçki kampaniyalarında tətbiq olunan taktikalardan daha çox seçicini inandıra bildiyini nümayiş etdirir.

"Bunun nəticələrindən biri də odur ki, əgər süni intellektlə məşğul olan şirkətlər modelləri müəyyən tərəfə yönləndirsələr, bu, insanların fikirlərini ciddi şəkildə dəyişə bilər", – Rend əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti