"Samsung" son 2 ayda Azərbaycanın mobil cihaz bazarındakı payının 10 %-dən çoxunu itirib
- 01 sentyabr, 2026
- 17:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 39,35 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 4,22 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 12,81 faiz bəndi çoxdur.
Onun bazar payı ardıcıl olaraq ikinci aydır azalır (iyul-avqust aylarında azalma 10,2 % təşkil edib).
İkinci sıradakı "Xiaomi"nin bazar payı aylıq müqayisədə 3,29 faiz bəndi azalaraq, illik müqayisədə isə 6,96 faiz bəndi artaraq 26,67 % olub.
Üçüncü pillədəki "Apple"ın bazar payı aylıq müqayisədə 3,38 faiz bəndi artaraq və illik müqayisədə 0,77 faiz bəndi azalaraq 17,75 % olub.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq müqayisədə 3,85 faiz bəndi artaraq, illik müqayisədə isə 14,29 faiz bəndi azalaraq 9,8 % təşkil edib.
İlk beşliyi 2,52 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,48 faiz bəndi azalıb, illik müqayisədə isə 1,13 faiz bəndi artıb.