Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək
İKT
- 06 yanvar, 2023
- 14:25
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 12-də, saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Məşhədi Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 11 yanvar 2023-cü il tarixinə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.
Son xəbərlər
17:15
Gömrük nəzarətindən yayındırılan 232 min manatlıq məhsullar aşkar olunub
Biznes17:10
Foto
Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB
Region17:06
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Fərdi17:05
Foto
ADY: Təhlükəsizliyə "ağıllı qatar"la nəzarət edilir
İnfrastruktur17:03
Vaaqn Xaçaturyan Çexiyaya səfər edəcək
Digər ölkələr16:59
Azərbaycandakı İKT istifadəçilərinin iqtisadi fəallıq statusu açıqlanıb
İKT16:57
"Arsenal" Qabriel Jezusun "Barselona"ya keçidini açıqlayıb
Futbol16:53
"Baku Sportinq" heyətini "Neftçi"nin sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib
Futbol16:52