Rəşad Həsənov: Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialı gücləndirilir

İKT
  • 20 oktyabr, 2026
  • 10:31
Rəşad Həsənov: Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialı gücləndirilir

Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində əsaslı layihələr həyata keçirilir.

"Report"un məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "AI Academy"nin ilk məzun tədbirindəki çıxışında deyib.

Nazir müavininin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələrdə infrastruktur, idarəetmə, qanunvericilik, texniki faktorlarla yanaşı, insan kapitalının formalaşdırılması da prioritetdir:

"Bu mənada, bugünkü məzun buraxılışı məhz görülən işlərin bariz nəticəsidir. Hesab edirəm ki, məzunlarımız insan kapitalına ciddi fayda verəcək".

R.Həsənov bildirib ki, hazırda istənilən əhəmiyyətli süni intellekt tətbiqindən istifadə edərkən bu datanın xarici ölkəyə sızma halları mövcuddur:

"Bu da özlüyündə ölkənin milli təhlükəsizliyi üçün müəyyən risklər yaradır. O baxımdan, texnoloji zəncirin hər bir mərhələsində təhlükəsizliyin təmin olunması qarşımıza qoyduğumuz hədəflərdən biridir. Burada həm infrastrukturlarımız, hesablama gücümüzün olması, həmçinin öz modellərimizin, kadrlarımızın olması çox böyük əhəmiyyət daşıyır".