Qunnar Panke: "Rəsmi icazələr alındıqdan sonra 5G-ni Azərbaycanın bütün ərazisində tətbiq edəcəyik"
- 14 mart, 2024
- 09:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan regionlarına, xüsusən də işğaldan azad edilmiş ərazilərə 5G xidmətlərini gətirməyə hazırıq.
"Report" xəbər verir ki, bunu “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş icraçı direktoru Qunnar Panke deyib.
Onun sözlərinə görə, burada müəyyən çətinliklər var, əsasən də tənzimləyicilərdən icazələrin alınması ilə bağlı.
"Rəsmi icazələr alındıqdan sonra 5G texnologiyalarını bütün ölkə ərazisində tətbiq edəcəyik. Hazırda biz pilot şəkildə bu texnologiyanı Sumqayıtda təqdim edirik. Bu da, Sumqayıtın sənaye şəhəri olması ilə bağlıdır", - Q. Panke bildirib.
“Azerfon”un rəhbəri vurğulayıb ki, Qarabağ şirkət üçün əsas investisiya məkanıdır: "Hazırda biz işğaldan azad edilmiş ərazilərdə 100-dən çox baza stansiyası quraşdırılıb. Baxmayaraq ki, orda məskunlaşma azdır ancaq biz oraya yatırımlarmızı etmişik".
Q. Panke əlavə edib ki, Laçın şəhərində mağaza açan ilk mobil operator “Azerfon”şirkətidir: "Burada baş verən önəmli tədbirləri də dəstəkləyirik. Məsələn, keçən il Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK futbol matçını dəstəkləmişik".
Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. Hazırda şirkət 2,2 milyon abunəçiyə mobil rabitə xidmətləri göstərir.