Özbəkistanla Azərbaycan qarşılıqlı ticarətin inkişafı üçün platforma hazırlayır

İKT
  • 15 sentyabr, 2026
  • 11:30
Özbəkistanla Azərbaycan qarşılıqlı ticarətin inkişafı üçün platforma hazırlayır

Özbəkistanın Proqressiv İslahatlar Mərkəzi Azərbaycanın "Caspia" Analitik Mərkəzi ilə birlikdə qarşılıqlı ticarətin aktivləşdirilməsi üçün informasiya platforması hazırlayır.

"Report" xəbər verir ki, bunu Özbəkistan mərkəzinin icraçı direktoru və həmtəsisçisi Mirşoxid Aslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki dövlətin rəhbərləri ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması barədə tapşırıq veriblər. Ötən ilin yekunlarına əsasən, bu göstərici artıq 800 milyon ABŞ dollarını ötüb, lakin ekspertlər hesab edirlər ki, bu, yalnız başlanğıcdır və tərəflərin ticarət potensialı xeyli yüksəkdir.

"Biz biznesə bazar imkanlarını daha yaxşı anlamağa və mövcud potensialdan istifadə etməyə kömək edəcək informasiya platforması üzərində işləyirik. Analitik mərkəzlər isə sahibkarları hər iki ölkənin bazarlarına çıxmaq üçün zəruri məlumatlarla təmin edəcəklər. Mövcud analitika əminliklə deməyə imkan verir ki, bizim potensialımız artıq 1 milyard dolları üstələyir", - M.Aslanov qeyd edib.

O əlavə edib ki, baza kimi artıq fəaliyyət göstərən resursdan istifadə olunur:

"Bizim Türk Dövlətləri Təşkilatı (TDT) üzrə statistikanın toplandığı "ots.proreforms.uz" platformamız var. Onun əsasında Türk dövlətlərinin real məlumatlar bazasında ticari-iqtisadi əlaqələri necə inkişaf etdirə biləcəklərini, analitik mərkəzlərin isə bu prosesə necə dəstək verə biləcəyini göstərmək istəyirik".