Leonelli: Peyk məlumatları "yerdən" alınan informasiyanı tam əvəz edə bilməz

İKT
  • 20 may, 2026
  • 18:16
Leonelli: Peyk məlumatları yerdən alınan informasiyanı tam əvəz edə bilməz

Yer müşahidələri bir çox əraziləri müqayisəli formatda görməyə və təhlili genişləndirməyə imkan verir, lakin yerli biliklər olmadan tam mənzərəni əks etdirmir.

"Report"un məlumatına görə, bu barədə Avropa Kosmik Agentliyinin nümayəndəsi Françeska Eliza Leonelli (Francesca Elisa Leonelli) WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" mövzusunda tədbirdə bəyan edib.

O qeyd edib ki, peyk məlumatları müxtəlif əraziləri müqayisə etməyə və ümumi qanunauyğunluqları aşkarlamağa imkan verir, lakin qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı bu cür yanaşmalar yüksək yerli spesifik xüsusiyyət və şəraitin müxtəlifliyi ilə məhdudlaşır:

"Məhz buna görə də məsafədən zondlama məlumatları "yerdən" alınan informasiyanı tam əvəz edə bilməz, əksinə, birgə təhlil modelləri çərçivəsində onu tamamlamalıdır".

Leonelli vurğulayıb ki, kosmik agentliklərin əsas vəzifələrindən biri məlumatların müqayisə edilməsi mümkünlüyü və uyğunluğunun təmin edilməsidir, lakin eyni zamanda peyk sistemlərinin həmişə təmin edə bilmədiyi ətraflı informasiyaya olan ehtiyacı nəzərə almaq lazımdır.