"Huawei" mobil telefonların satışına görə "Apple"i üstələyib
İKT
- 31 avqust, 2018
- 13:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Çinin mobil telefon istehsalçısı "Huawei" şrikəti mobil telefonların satışında ikinci yerə yüksəlib.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu göstəricidə Çin şirkəti ABŞ-ın "Apple" şirkətini üstələyib.
Belə ki, "Huawei"n satışları aprel-iyun aylarında 38,6% artıb və 49,8 mln. ədəd təşkil edib, halbuki "Apple" bu müddət ərzində cəmi 44,7 mln. mobil telefon sata bilib.
Bununla belə, Cənubi Koreyanın "Samsung" şirkəti isə lider mövqedədir. Bu şirkət müvafiq dövr ərzində 72,3 mln. ədəd telefon satıb.
Dünya mobil telefonlarının satışı isə, ümumilikdə, bu ilin ikinci rübündə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb və 374 mln. ədəd təşkil edib.
Son xəbərlər
14:14
SOCAR ötən rüb ixrac etdiyi neft və qaz həcmlərini açıqlayıb
Energetika
14:08
Foto
AZCON və "Samruk-Kazyna" strateji əməkdaşlığı genişləndirir
Biznes
14:03
Anuar Nuraxmetov: "Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər" - Müsahibə
İKT
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr