Hesablama Palatası kotirovka sorğusu keçirir

İKT
  • 09 yanvar, 2016
  • 07:06
Hesablama Palatası kotirovka sorğusu keçirir

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası kompüter və ofis texnikasına texniki xidmətlərin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edib.

"Report" Hesablama Palatasına istinadən xəbər verir ki, kotirovka təklifləri yanvarın 15-i saat 16:00-a qədər qəbul ediləcək.

Əlavə məlumat almaq üçün 493-32-11 (daxili - 169) nömrəli telefonlarla müraciət etmək olar.