BƏƏ "Skype"a qoyduğu qadağanı ləğv edir

İKT
  • 30 aprel, 2018
  • 09:56
BƏƏ Skypea qoyduğu qadağanı ləğv edir
Sputnik/ Natalia Sileverstova

Bakı. 30 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) "Skype"la zənglərə qoyulmuş qadağanı ləğv etməyi planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin hökumət rəsmiləri "Skype", eləcə də  və "FaceTime" vasitəsilə qoyulmuş zənglərə qoyulmuş qadağanın ləğvi üçün "Microsoft" və "Apple" korporasiyaları ilə danışıqlar aparır.