UNFCCC Bakının iqlim razılaşmalarını konkret layihələrə çevirməyə çağırıb
- 09 sentyabr, 2026
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Antalyada keçiriləcək COP31 ərəfəsində Bakıda əldə edilmiş nəticələri qoruyub saxlamaq və onların praktiki icrasına diqqət yetirmək vacibdir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Proqramların əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti bildirib.
"Bakıda hazırlanan hər şey işin davam etdiyini göstərir. Lakin hamımızın bildiyi kimi indi yenidən praktiki addımlara və bu tədbirlərin insanların həyat keyfiyyətinin yaxşılaşmasına necə töhfə verə biləcəyinə diqqət yetirmək lazımdır", - o qeyd edib.
D.Violetti, həmçinin maliyyə resurslarının və investisiyaların səfərbər edilməsinin, eləcə də milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) və milli adaptasiya planlarının (NAP) hazırlanmasında ölkələrin dəstəklənməsinin zəruriliyini qeyd edib: "Qarşıdakı iş iqlim ilə bağlı qərarların konkret layihələrə çevrilməsinə və insanlar üçün nəzərəçarpacaq nəticələrin təmin edilməsinə yönəldilməlidir".